AMEA Gəncə Bölməsində “Gəncə üsyanı – azadlığın bayraqdarıdır” mövzusunda respublika elmi-praktik konfransı keçirilib. Bakı, Gəncə və Şəki şəhərlərindən onlarla tədqiqtçı alimlərin iştirak etdiyi tədbirdə tariximizin şərəfli səhifələrindən olan, xalqımızın əyilməzlik simvollarından biri kimi xarakterizə edilən, 1920-ci ildə bolşevizmə qarşı Gəncədə alovlanan üsyanın mahiyyəti və onun vətənpərvərlik nümunəsi kimi təbliğindən danışılıb. "1920-ci il Gəncə üsyanı haqqında xarici tarixşünaslıq”, ”ХI Qırmızı ordunun Gəncə qəzasında işğalçı fəaliyyəti”, "Azərbaycan-Rusiya münasibətləri tarixi rusdilli mənbələrdə”, "Azərbaycan Xalq Cümhuriyyətinin ədəbiyyatımızda təcəssümü” və digər mövzular ətrafında çıxışlar olub. AMEA Gəncə Bölməsində bu cür elmi tədbirlərin mütəmadi keçirilməsi təqdirəlayiq hal kimi qiymətləndirilib. Konfransda Gəncə üsyanına dair kitab da iştirakçılara təqdim edilib.
- Baxış: 589