Gəncə şəhər 27 nömrəli məktəb liseyində Şuşa ili ilə bağlı “Şuşaya gedən yol” adı tədbir reallaşıb. Şagirdlərə milli mədəniyyətimizin, incəsənətimizin beşiyi olan Şuşanın Azərbaycan ordusu tərəfindən qəhrəmanlıqla azad olunmasından danışılıb. Bu tarixin ölkəmizdə Zəfər günü kimi qeyd edildiyi bildirilib. Məktəblilər vətənpərvərlik mövzusunda şeirlər, musiqilər səsləndirib, rəqs nömrələri nümayiş etdiriblər. Sonda Şuşa haqqında videoçarx nümayiş olunub.
Şuşa ili çərçivəsində 39 nömrəli tam orta məktəbdə keçirilən analoji tədbirdə şəhid ailələri ilə görüş keçirilib. Sərgidə şagirdlərin əl işləri olan rəsmlrlə tanışlıq olub. Şuşa qalasının, xarıbülbülün nümunələri, xalqımıın qədim məişət əşyaları maraqla qarşılanıb. Tədbirin rəsmi hissəsində uşaqların hazrladıqları kompazisiyalar, mahnılar və Şuşa ilə bağlı səhnəciklər təqdim olunub.
- Baxış: 529