KepezTV Player
Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzi tərəfindən Gəncə Dövlət Kukla teatrında 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib. Tədbirdə UAFA-dan bəhrələnən müxtəlif diaqnozlu uşaqlarla bərabər SOS uşaq kəndinin sakinləri, həmçinin incəsənət mərkəzinn şagirdləri də iştirak ediblər. Məqsəd uşaqların reabiltasiyası ilə yanaşı onların cəmiyyətə inteqrasiyasını təmin etmək, bacarıqlarını üzə çıxarmaq və əyləndirməkdən ibarət olub. Ümumilikdə 50-ə yaxın uşağın iştirakı ilə keçirilən bayram tədbirində uşaqlar maraqlı əyləncə və müsabiqələrdə iştirak edib, şeir və mahnı nümunələri ilə çıxış ediblər.
- Baxış: 599