• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1744
— 20.05.2022 19:20

“Qarabağın təbiəti və ekologiyası” kitabının təqdimatı olub

KepezTV Player

Azərbaycan Dövlət Aqrar Universitetində  Bəxtiyar Hüseynovun müəllifi olduğu “Qarabağın təbiəti və ekologiyası” adlı kitabın təqdimatı keçirilib. Kitabın həm elmi əsər, həm də dərs vəsaiti kimi qiymətli mənbə olduğu diqqətə çatdırılıb. Kitabda Qarabağın əsrarəngiz təbiəti və ekologiyası, işğaldan sonrakı bərpa dövründə aparılan quruculuq işləri önə çəkilib. Müəllifin “Qarabağ Azərbaycandır” mövzusunda silsilə şeirləri və “Üzün gülsün, Qarabağ” adlı geniş həcmli lirik poeması da kitabda yer alıb.