KepezTV Player
Ötən gün Gəncədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən sərgi-satış yarmarkası keçirilib. Gəncə, Göygöl, Daşkəsən, Tovuz, Şəmkir və Gədəbəydən olan 80-dən çox mikro və kiçik sahibkarlıq subyekti tərəfindən qida, tekstil, zərgərlik məhsulları, mebel, bank, təhsil, tibb və reklam xidmətləri, hədiyyəlik əşyalar, eləcə də sənətkarların, yaradıcı şəxslərin əl işləri sərgilənib. 800-dən çox müxtəlif məhsulların nümayiş etdirildiyi KOB Fest sahibkarların satış imkanlarının genişləndirilməsində və yerli məhsulların tanıdılmasında əhəmiyyətli hesab edilir.
- Baxış: 713