KepezTV Player
“İslahatçı Gənclər” İctimai Birliyi qeyri hökumət təşkilatlarına dövlət dəstəyi agentliyinin dəstəyi ilə “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə gənclərin rolunun artırılması” layihəsi çərçivəsində ictimai müzakirə təşkil olunub. Tədbir 100-ə yaxın gəncin, din xadimlərinin və yerli rəsmi sturukturların eyni zamanda media ekspertlərinin iştirakı ilə keçirlib. Məqsəd dini maarifləndirmə yolu ilə gənclər arasında dini radikalizm və ekstremizmə qarşı mübarizənin təşkilini təmin etmək, Azərbaycanın multikultural dəyərlərini gənclər arasında təbliğ etməkdir. Müzakirə zamanı Azərbaycanda olan dini tolerantlıq mühitindən söz açılıb qeyd olunub ki, ölkəmizdəki multikultural mühit dünyaya bir örnəkdir.
- Baxış: 1034