Gəncənin Mərkəzi Kitabxanasında şəhid baş leytenant Elgün Xıdırovun xatirəsinə həsr olunmuş “ Zəfər salnaməsinin qəhrəmanı-şəhidlər” adlı xatirə gecəsi keçirilib. Tədbirdə şəhidin ailəsi, yaxınları, döyüş yoldaşları eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əslən Goranboydan olan igidin keçdiyi şərəfli döyüş yolundan, vətən müharibəsindəki şücaətindən danışılıb. Vurğulanıb ki, Elgün Xıdırov qarşıya qoyulan döyüş tapşırıqlarını peşəkarlıqla yerinə yetirib. Noyabrın 1-də isə Füzuli uğrunda gedən döyüşlərdə şəhadətə ucalıb. Ölümündən sonra " Fizulinin azad olunmasına görə", "İgidliyə görə" və "Vətən uğrunda" həmçinin 3-cü dərəcəli "Rəşadət ", "Nümunəvi xidmətə görə", "Ordunun 100 illiyi" medal və ordenləri ilə təltif olunub.
- Baxış: 461