KepezTV Player
Prezident İlham Əliyev NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanı qəbul edib. NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək missiyasında ölkəmizin iştirakı qeyd edildi. Söhbət zamanı postmünaqişə dövründə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi, enerji təhlükəsizliyi, regional təhlükəsizlik ilə bağlı məsələlər və Azərbaycan-NATO əməkdaşlığının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
- Baxış: 713