KepezTV Player
Qazaxıstanın bir qrup KİV və ictimaiyyət nümayəndəsi Şuşa və Füzulidən sonra Gəncə şəhərinə səfər edib. 5 nəfərlik heyətlə Nizami yurduna təşrif buyuran qonaqlar Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalan ərazidə olublar. Burada terror zamanı şəhid olan mülki şəxslərin ruhuna hörmət əlaməti olaraq əraziyə güllər qoyublar. Mərkəzi Asiyalı nümayəndələrə Vətən müharibəsi zamanı erməni vandallarının döyüş gedən ərazilərdən kənarda yerləşən Gəncəyə həyata keçirdikləri raket hücumları ilə bağlı ətraflı məlumat verilib.
- Baxış: 519