KepezTV Player
Prezident İlham Əliyev Gəncə Şəhər Məhkəməsinin təşkili haqqında Sərəncam verib. Sənədə əsasən, Kəpəz Rayon Məhkəməsi və Nizami Rayon Məhkəməsi ləğv edilib. Məhkəmə-Hüquq Şurasına tövsiyə edilib ki, Gəncə Şəhər Məhkəməsinin təşkili ilə əlaqədar məhkəmələrin ərazi yurisdiksiyasında müvafiq dəyişikliklər etsin; Gəncə Şəhər Məhkəməsinin hakimlərinin ştat sayını müəyyən etsin; Gəncə Şəhər Məhkəməsinin hakimlərinin təyin edilməsi ilə bağlı təkliflərini 2022-ci il iyunun 1-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
- Baxış: 509