KepezTV Player
Gəncədə qadına əri tərəfindən xəsarət yetirilməsi faktı qeydə alınıb. Belə ki, şəhər sakini, 1969-cu il təvəllüdlü Aygün Qəhrəmanova başından bıçaq və çəkiclə aldığı kəsilmiş-deşilmiş yara xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Araşdırma zamanı müəyyən edilib ki, qadına həyat yoldaşı, 1970-ci il təvəllüdlü Xurşud Qəhrəmanov xəsarət yetirib.
- Baxış: 854