KepezTV Player
Samux rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri, qazilər eləcədə az təminatlı insanlar üçün iftar süfrəsi açılıb. Ramazan ayı ərzində ölkəmizin hər yerində xalqımızın əmin-amanlığı üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Vətənimizin ərazi bütövlüyünün təmin olunmasında rəşadət və şücaət göstərənlərin daim uca tutulduğu vurğulanıb. Mərasimdə Qurani-Kərimdən ayələr oxunub, dualar edilib, torpaqlarımız uğrunda şəhid olanlara Allahdan rəhmət dilənib. Daha sonra iftar süfrəsi açılıb.
- Baxış: 860