Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən gənc müəllimlərinin şəbəkələşməsi, əməkdaşlığın qurulması məqsədilə “Region Gənc Müəllimlərinin 2-ci Şəbəkələşmə Forumu ” keçirilib. Forumunda Gəncə, Göygöl, Goranboy və Samux rayonu daxil olmaqla ümumilikdə 70-dən çox təhsil işçisi və müəllim iştirak edib. Təhsil sahəsindəki aktual problemlərin həllinə bələdçilik edərək, gənc müəllimlərin təlim ehtiyaclarını müəyyən edib bu istiqamətdə müxtəlif təlimlər keçən assosiasiya nümayəndələri müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə forumda “Netvörkinq bacarığı”, “Effektiv kommunikasiya” və “Sinfin idarə olunması” mövzularında da təlimlər təşkil edib. Ümumilikdə 39 rayon üzrə 10 mərkəzdə keçirilməsi nəzərdə tutulan forumda 700-ə yaxın müəllimin iştirakı planlaşdırılır. Təlimin sonunda forumda iştirak edən müəllimlərə sertifikatlar təqdim olunub.
- Baxış: 557