Ticarət və Xidmət üzrə Gəncə dövlət peşə təhsili mərkəzinin 3 saylı peşə liseyində "Açıq qapı” günü keçirilib. Ümumtəhsil məktəblərinin buraxılış sinif şagirdləri və valideynləri üçün təşkil olunmuş tədbirdə onları maraqlandıran suallar cavablandırılıb.
Gələcək üçün Peşə Təhsili və Təlimi Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzinin yaradılmasına dəstək” 2020-2024 layihəsi çərçivəsində Gəncə Peşə məktəbində açıq qapı günü keçirilib. Peşə hazırlığına olan marağın artırılması məqsədilə keçirilən tədbirə Gəncənin 16 məktəbinin buraxılış siniflərinin şagirdləri və onların valideyinləri olmaqla ümumilikdə 400 nəfər qatılıb.
Elmir Cəfərov 2 saylı Peşə Məktəbinin direktoru:Əsas məqsəd hal hazırda Gəncə şəhərində fəaliyyət göstərən peşə təhsili mərkəzləri ilə daha da yaxından tanış olsunlar, mərkəzin korpusları, orda olan emalatxanlar, ixtisaslarla, müəllimlərlə daha da yaxından tanış olmaqları üçün və gələcək öz kariyeralarını məhz bizim və digər mərkəzlərdə davam etdirməsi üçün bu gün açı qapı təşkil olunub.
İştirakçılar sinif otaqları, lababarotiyalar və emalatxanalara baxış keçirib, ixtisaslara aid olan sərgi və əl işləri ilə tanış olublar. Məqsəd tədris olunan 28 ixtisas və təlim prosesi barədə məlumatlandırmaq, eləcə də peşə təhsilini təbliğ etməkdir.
Nərmin Mahmudova şagird: aşbazlarla onların hazırladıqları əl işləri ilə tanış olduq. Onlşarın düzəltdyi maraqlı yeməklərə baxdqı. Maraqlı suallrı cavablandırdılar. Bundan başqa emlatxanları gəzdik.
Tədris olunan ixtisaslar üzrə təhsil müddəti 1, 2 və 3 ildir. 800-ə yaxın şagirdin təhsil aldığı Ticarət və Xidmət üzrə Gəncə dövlət peşə təhsili mərkəzində 10 emalatxanada praktiki təcrübələr keçirilir.
Kənan Abbasov şagird: Aşbazlıq üzrə oxuyuram. mən hal hazırda bu üzrə də oxuyuram. Özümü formalaşdırmaq üçün gəlmişəm. Şərait, emaatxanalarımız da var. Yeməklərin bişirilməsi, çıxarılması, hazırlanması, dekusasiya olunmsı və forma verilməsi haqqında hətta reseplerin verilməsində ətraflı məlumat verirlər.
Elvin Eldaroğlu müəllim: Mən özüm də bir neçə ildir fotoqrafam. Buarada tələbələrə foto video aparaturalar barədə dərslər keçirik. Həvəsi olan tələbələri uşlə təmin ediri. Qeyd edim kik, ixtisas 1 illikdir.

((K/A)) Tədbirin sonunda şagirdlər təşkilatçılara onları maraqlandıran peşə ixtisasları ilə bağlı suallarını veriblər.
- Baxış: 684