• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1717
— 17.04.2022 20:00

"Tunel qətliamı”nın qurbanları anılıb

KepezTV Player

Uzun illər ərzində mənfur qonşularımızın acgözlüyündən, düşmən xislətindən əziyyət çəkmişik. Elə buna görə də tariximizin qan yaddaşında ermənilərin azərbaycanlılara qarşı törətdiyi qırğınların sayı kifayət qədərdir. Bəzən bizə məlum olan rəqəmlər belə, o qırğınlarda həyatı ilə vidalaşanlardan xəbər verə bilmir. Çünki düşmən təkcə öldürməklə kifayətlənmirdi, insanları əsir götürürdü, işgəncələrlə öldürürdü və cəsədləri itirirdi, kütləvi məzarlıqlarda basdırırdı. Belə dəhşətli hadisələrin yaşandığı qətliamlardan biri də&nbsp;"Tunel qətliamı”dır.&nbsp;<br>Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən qətliamda şəhid olan mülki vətəndaşların bir neçəsinin ailə üzvlərinin və şahidlərin Kəlbəcərə səfəri təşkil edilib.

Ermənilər tərəfindən 29 il bundan öncə, 1993-cü il martın 31-də Kəlbəcər rayonunda “Tunel” adlanan ərazidə qətliam&nbsp; törədilıib. Rayon ərazisini işğal edərkən Tunelin qarşısında pusqu quran düşmən həmin gün daha təhlükəsiz yerə getməyə çalışan dinc azərbaycanlıları atəşə tutub. 50 nəfərdən çox sakin ölüb, sağ qalanlar isə girov götürülüb, uzun müddət dəhşətli işgəncələrə məruz qalıblar.

Kəlbəcərin Günəşli kəndinin sakinlərini indi o yerdə vəhşicəsinə öldürülən yaxınlarının xatirəsini anıblar. Əraziyə güllər düzülüb, qətlə yetirilənlərinin qisasının yerdə qalmadığı vurğulanıb.&nbsp; Bir daha xatırladılıb ki, qadın, uşaq, ahıl demədən hər kəsi güllə yağışına tutan ermənilərin əməlləri heç vaxt unudulmayacaq.

Azərbaycanda ən uzun məsafəsi olan tunel Tərtər – Kəlbəcər yolunun cənubunda, Laçın-Kəlbəcər yolunun üstündə yerləşir. Kəlbəcərin 35 kəndini rayon mərkəzi ilə birləşdirən, eni yalnız bir avtomobilin hərəkətinə imkan verən tunelin uzunluğu 2 kilometrə yaxındır.