“Məktəblərdə fəaliyyət göstərən məktəbəhazırlıq qruplarının ləğv edilməsi nəzərdə tutulmayıb”. Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu deyib ki, hazırda həmin qrupların sayı ölkədəki 1-5 yaşlı uşaqları tam əhatə etmir. Ona görə də məktəblərdə belə qrupların yaradılması məhz həmin boşluğu doldurmaq məqsədi daşıyır. Bu səbəbdən hazırda uşaqların məktəbəhazırlıq səviyyəsində əhatəliliyi 90 % civarındadır. Bağçadakı uşaqları da bura əlavə etdikdə bu göstərici təxminən 95 % olur. **Uşaq bağçalarına qəbulun vaxtı da açıqlanıb. Prosesə iyul ayından başlaması nəzərdə tutulub. Bu istiqamətdə hazırlıq işləri görülür. Birinci sinfə qəbulla bağlı isə son hazırlıq işləri görülür. Yaxın zamanlarda valideynlər Təhsil Nazirliyinin bununla bağlı elanını görə biləcəklər.
- Baxış: 1039