Bakı-Qazax magistralının Şəmkirin Qədimqala kəndi ərazisindən keçən hissəsində iki sürücünün mübahisəsi qətllə nəticələnib. Daşkəsən sakini 1983-cü il təvəllüdlü Bağırov Rasim Əbülfəz oğlu idarə etdiyi "TIR"la hərəkətdə olarkən Şəmkir sakini, 1989-cu il təvəllüdlü Abdullayev Samir Sabir oğlunun sürdüyü "VAZ-21011"-in ötmə əməliyyatı zamanı qəza şəraiti yaranıb. Sürücülər maşınları saxlayıb mübahisə ediblər. Bu zaman Samir Abdullayev qarın nahiyəsindən bıçaqlanıb. Xəstəxanaya aparılan yaralı qanitirmədən orada dünyasını dəyişib. Rasim Bağırov saxlanılıb.
- Baxış: 767