KepezTV Player
Brüssel görüşü bölgənin gələcək sülh və əmin-amanlığı üçün növbəti önəmli addımdır. Xarici İşlər Naziriliyinin məlumatında bildirilir ki, görüş zamanı üçtərəfli bəyanatın müddəalarına tam riayət olunması, iki dövlətin sərhədinin delimitasiya və demarkasiyası üçün konkret addımların atılması və nəqliyyat və kommunikasiyaların açılması məsələləri geniş müzakirə edilib. Eyni zamanda Avropa İttifaqının bölgədə aparılan humanitar minatəmizləmə, reabilitasiya, rekonstruksiya işlərinə dəstək verəcəyi qeyd olunub.
- Baxış: 569