• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1598
— 29.03.2022 22:19

Prezident penitensiar müəssisələrdə yaradılan şəraitlə tanış olub

KepezTV Player

Prezident İlham Əliyev qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün Bakıda yeni inşa olunan  penitensiar müəssisələrdə yaradılan şəraitlə tanış olub. Hər iki müəssisədə istirahət, psixoloq, ibadət otaqları ayrılıb, məhbusların faydalı işlə məşğul olmaları üçün istehsalat sahələri təşkil edilib.  Onların asudə vaxtlarını səmərəli keçirmələri üçün idman sahələri, təhsil və peşə ixtisaslarına yiyələnmələri üçün lazımi infrastruktur, həmçinin  zəruri ədəbiyyatla təchiz olunan kitabxana, oxu zalı və kompüter otağı yaradılıb. Müəssisənin ikimərtəbəli tibb-sanitariya hissəsində isə həkim otaqları, müasir avadanlıqla təchiz edilən müayinə-diaqnostika və stomatologiya kabinetləri, laboratoriya, aptek, pediatr otağı və digər yardımçı otaqlar yerləşir. Yeni penitensiar müəssisədə məhkumlarla görüşlər üçün də bina inşa olunub. Burada onların ailə üzvləri ilə qısamüddətli və 3 günlük uzunmüddətli görüşü üçün hər cür məişət şəraiti, mətbəxi, gəzinti yerləri olan ayrıca otaqlar ayrılıb.