• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1863
— 28.03.2022 16:13

Vətəndaş Qəbulu Mərkəzi istifadəyə verilib

KepezTV Player

Prezident İlham Əliyev Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin açılışında iştirak edib. Mərkəzdə gözləmə zalları, qəbulların aparılacağı xidməti otaqlar, kollektiv qəbullar üçün nəzərdə tutulan müxtəlif ölçülü zallar, həkim, psixoloq, hüquq məsləhətçisi, ana və uşaq otaqları var. Vətəndaşlar 1111 nömrəsinə zəng edərək onları narahat edən məsələlər barədə məlumat da verə biləcəklər. Mərkəzdə ölkənin müxtəlif bölgələri ilə birbaşa videokonfranslar keçirilməsi də mümkündür. Burada həm qəbula gələn, həm də əvvəlcədən qəbula yazılan vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçib müvafiq ardıcıllığa riayət etməklə müraciət edə biləcəklər. Mərkəzin istifadəyə verilməsi ictimai nəzarətin mühüm mexanizmlərindən biri olan vətəndaş müraciətlərinə daha operativ baxılmasına şərait yaradacaq. Vətəndaşlar qəbulla yanaşı, Prezident Sarayına ənənəvi qaydada, yaxud “president.az” rəsmi səhifəsi vasitəsilə elektron məktubla da müraciət edə bilərlər. Bu arada, Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində aprel ayının qəbul cədvəli açıqlanıb.