KepezTV Player
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən Göygöl rayonu, Quşqara kəndi ərazisində, Gəncə-Şəmkir avtomobil yolunun sağ və sol tərəflərində yerləşən vətəndaş Hüseynov Əli Ənvər oğluna məxsus mövcud obyektlərin müvafiq icazəverici sənədləri olmadan genişləndirilməsi işlərinin aparılması faktı aşkar edilib. Göstərilən məsələ ilə əlaqədar qanunsuz tikinti işləri dayandırılıb və obyektlər nəzarətə götürülüb.
- Baxış: 435