KepezTV Player
Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Abxaziya bölgəsində keçirilən "parlament seçkiləri" ilə bağlı açıqlama yayıb. Açıqlamada nazirliyin Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqlədiyi və Abxaziyada reallaşan qondarma "parlament seçkiləri"ni, həmçinin onların nəticələrini tanımadığı qeyd olunur. Xarici İşlər Nazirliyi Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir.
- Baxış: 337