KepezTV Player
Yaponiyanın Azərbaycandakı Səfirliyində “Tərtər Rayonunun Minadan Təmizlənməsi üçün Təchizatların Təmin Edilməsi” layihəsi üzrə qrant müqaviləsi imzalanıb. Layihənin əsas məqsədi Tərtər rayonunda mövcud olan mina və partlamamış sursatların təmizlənməsində istifadə üçün 11 ədəd mina dedektoru, 11ədəd qoruyucu geyim dəsti və Yaponiyanın “Mitsubişi” şirkətinin istehsalı olan 1 ədəd pikapla təmin etməklə, Azərbaycanda həyata keçirilən mina və partlamamış sursatların təmizlənmə fəaliyyətinin tezləşdirilməsi və Tərtər rayonunda daha təhlükəsiz şəraitin təmin olunmasıdır. Ləvazimatların alınması üçün Yaponiya Səfirliyi tərəfindən 88,224 ABŞ dolları məbləğində yardım ediləcək.
- Baxış: 269