Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıb. Şəhər sakini Elvin Quliyevin idarə etdiyi “Chevrolet” markalı avtomobil ilə yollarda intizamsızlıq etməklə bununla da ictimai-asayişi nümayişkəranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olması məlum olub. Yol Patrul Xidmətinin əməkdaşları dərhal sürücünü saxlayıb. Saxlanılan zaman onun narkotik vasitənin təsiri altında olduğu da müəyyən edilib.Həmin şəxs barəsində İnzibati Xətalar məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Elvin Quliyev sürücülük hüqundan 1 il müddətinə məhrum olmaqla 15 sutka inzibati qaydada həbs edilib.
- Baxış: 527