Ukrayna Müdafiə Nazirliyi müharibənin onuncu günü ilə bağlı operativ məlumat yayıb. Məlumatda qızğın döyüşlərin getdiyi qeyd olunub.“Təkcə hərbçilərimiz deyil, silahlı mülki sakinlər də qarşı tərəflə döyüşür, onları itkiyə məruz qoyurlar”. Bildirilib ki, qarşı tərəf mülki obyektləri, o cümlədən yaşayış binalarını, xəstəxanaları, bağçaları hədəf alır.“Ukrayna Silahlı Qüvvələri bütün istiqamətlərdə sərhədləri qoruyub saxlamaqda davam edir. Hələlik bəzi uğurları deyə bilmirik”, - deyə nazirliyin məlumatında vurğulanıb.Nazirlik həmçinin, fevralın 24-dən bu günə qədər vurulan Rusiya hərbi təyyarələrinin və helikopterlərinin sayını açıqlayıb. Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Ukrayna Silahlı Qüvvələri Rusiya tərəfinin ən azı 39 hərbi təyyarəsini və 40 helikopterini məhv edib.
- Baxış: 332