KepezTV Player
Ukraynadan azərbaycanlıların təxliyəsi prosesi davam edir. Məlumata görə, bu gün Odessadan 100-dən çox azərbaycanlının təxliyəsi gözlənilir. Soydaşlarımızın şəhəri tərk etməsi üçün 2 avtobus ayrılıb. Nəqliyyat vasitələri ilə həmyerlilərimiz Moldova sərhədinə çatdırılacaqlar. Dünən Odessadan 170 soydaşımız təxliyə edilib. Bu gün həmçinin, Xarkovdan Polşaya 200-ə yaxın azərbaycanlının təxliyə edilməsi planlaşdırılır. Ümumilikdə təxliyə olunan 500 soydaşımız var. Bu proses getdikcə sürətlənir. Bazar günü 300-dən artıq həmvətənimizin iki reyslə Azərbaycana yola salınması gözlənilir.
- Baxış: 330