KepezTV Player
Ermənistanda seçkilərin ilk turunda prezident seçilməyib.Ermənistan mediasının yazdığına görə, bu barədə ölkənin Hesablama Komissiyasının rəhbəri Narek Babayan məlumat verib.Hakim “Vətəndaş müqaviləsi” partiyası kifayət qədər səs toplaya bilməyib. Prezidentliyə yeganə namizəd, yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçaturyan cəmi 69 deputatın səsini toplayıb. Hazırda seçkilərin ikinci turu keçirilir. Xatırladaq ki,Ermənistanın sabiq prezidenti Armen Sarkisyan yanvarın 23-də dövlət başçısı kimi lazımi səlahiyyətlərinin olmadığını əsas gətirərək istefa verdiyini bəyan edib. Fevralın 1-dən prezidentin səlahiyyətlərini Ermənistan parlamentinin sədri Alen Simonyan icra edir.
- Baxış: 438