KepezTV Player
İşğaldan azad edilmiş ərazilərdə Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı azan oxunub. Vaxtilə Şuşa və Ağdam Cümə məscidlərində verilmiş azanın audioyazısı səyyar səsyayıcı stansiyalar vasitəsilə Şuşadan Xankəndi, Ağdamdan isə Xocalı və Əsgəran istiqamətlərində səsləndirilib.Azan səsi ətrafda, eləcə də ermənilərin yaşadığı ərazilərdə aydın eşidilib.Azan növbəti dəfə 16.58-də səsləndiriləcək.Qeyd edək ki, bu azanı işğaldan bir qədər əvvəl Şuşa Musiqi Texnikumunun müəllimi Hafiz Sədrzadə oxuyub və lentə alınıb.
- Baxış: 492