KepezTV Player
Azərbaycanın ikinci böyük şəhəri Gəncə və Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli şəhərlərinin qardaşlaşması təklif olunub. Bu təkliflə Azərbaycanın qonşu ölkədəki səfiri Faiq Quliyev Kvemo Kartli - Borçalı bölgəsinin qubernatoru Giorgi Doxturişvili ilə görüşdə çıxış edib. F.Quliyevin sözlərinə görə, Gəncə və Marneulinin qardaşlaşması Azərbaycanın Gürcüstanla regionlararası əməkdaşlığının güclənməsinə təkan verməklə yanaşı, şəhərlər arasında möhkəm mədəni-humanitar və ticari-iqtisasi əlaqələrin qurulmasına imkan yarada bilər.
- Baxış: 336