• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 868
— 18.02.2022 16:14

Prezident yeni icra başçılarına tapşırıqlar verib

KepezTV Player

Prezident İlham Əliyev Coşqun Cəbrayılovu Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı, Elgin Həbibullayevi Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı və Elxan İbrahimovu Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edib. İlk növbədə, rayonlarda vəziyyətin dərindən təhlil edilməli, mövcud problemlərə xüsusi diqqət göstərilməli olduğunu vurğulayan dövlət başçısı qeyd edib ki, böyük vəzifə böyük imtiyaz deyil, böyük məsuliyyətdir. "Sahibkarlara maneçilik törətmək yox, əksinə, kömək göstərmək lazımdır", - deyən İlham Əliyev yeni icra başçılarına Vətən müharibəsi iştirakçıları ilə bağlı da tapşırıq verib.