KepezTV Player
Rusiyanın 14 şirkəti işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərmək üçün Azərbaycana müraciət edib. Bu barədə Azərbaycanın Baş nazirinin müavini, Azərbaycan-Rusiya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfdən həmsədri Şahin Mustafayev ilə Rusiya Federasiyası Hökuməti sədrinin müavini, Komissiyanın Rusiya tərəfdən həmsədri Aleksey Overçuk arasında videokonfrans formatında keçirilən görüşdə bildirilib. Toplantıda Rusiya şirkətləri üçün Azərbaycan sənaye parklarında həyata keçirilən layihələrdə iştirak etmək üçün əlverişli imkanların olduğu, o cümlədən işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərmək üçün şirkətlərin müraciət etdiyi diqqətə çatdırılıb.
- Baxış: 330