Son dövrlərdə, xüsusən kafe və restoranlarda canlı musiqiyə maraq artıb. Artıq ayaq basdığımız hər məkanda gitara, skripka və ya zərb alətlərinin sintezi ilə musiqi dinləyə bilərik.
"Musiqi ruhun qidasıdır" , "Musiqi – mənəviyyatla hissiyyat arasında olan vasitəçidir". Bu aforizmlərin sayını artırmaq olar. Musiqiyə maraq hər zaman olub, amma son dövrlərdə xüsusən kafe və restoranlarda gitara, skripka və başqa zərb alətləri ilə təşkil olunan canlı ifalara maraq artıb. Kimliyindən asılı olmayaraq hər kəs şam yeməyinə üz tutmaq istədiyi məkanda canlı musiqinin olmasını istəyir.
Ötən illərdə üz tutduğumuz məkanda nəinki, canlı musiqinin olmasına, heç musiqiyə önəm vermirdik. Nə müştərilər, nə də sahibkarlar. Bu gün isə sırf səhnə üçün maliyə ayrılır, dekor qurulur və musiqiçilər axtarılır.
Şahmatda olduğu kimi, musiqidə də əsas güc vəzirə yəni melodiyaya məxsusdur, amma hər şeyi şah yəni harmoniya həll edir. Necə musiqi dinləçəuimizdən asılı olmayaraq çalışaq hər zaman xoş əhval ruhiyədə qalaq.
Nərgiz Əhmədqızı
- Baxış: 876