• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1396
— 03.02.2022 12:12

Genişmiqyaslı dezinfeksiya işləri aparılıb

KepezTV Player

Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xüsusi təlim keçmiş əməkdaşları texniki vasitələrlə mərkəzi küçə və prospektlər, şəhərin qəsəbə və yaşayış massivlərindəki küçələrində kimyəvi maddələrlə dezinfeksiya işləri aparıblar. Su çiləyici maşınlar və 40 nəfərlik briqada tərəfindən yaşayış binalarında, liftlərdə, binaların giriş qəfəslərində, həyət və yaşayış məhəllələrində, idman-əyləncə qurğularında, dayanacaqlarda, o cümlədən parklarda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görüblər.