KepezTV Player
Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsi yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək qəzaların qarşısının alınması ilə bağlı da tədbirlər həyata keçirib. Nəticədə şəhərin ayrı-ayrı ərazilərində nəqliyyat vasitələrində konstruksiya dəyişiklik edən sürücülər aşkar edilib. “VAZ” markalı avtomobillər asayiş keşikçiləri tərəfindən saxlanaraq cərimə meydançasına aparılıb və sükan sahibləri inzibati qaydada məsuliyyətə cəlb olunublar.
- Baxış: 777