Azərbaycan Dövlət Aqrar Universtetinin professoru Suliddin Abbasovun işlədiyi kafedrada xatirəsi yad edilib. Zootexnik olan Suliddin müəllimin 40 ilə yaxın əmək fəaliyyəti dözründə heyvandarlıq sahəsində tanınmış alimlərdən olduğuna diqqət çəkilib. Tələbkarlığı ilə seçilən alim iri buynuzlu mal-qaranın ölkəyə gətilməsi, məhsuldarlığın artırılması, heyvanların cins tərkibinin yaxşılaşdırılması istiqamətində böyük işlər görüb. ADAU-da iki böyük ekspermental fermaya rəhbərliyk edib. 150-dən çox elmi əsərin, 2 monoqrafiya, 2 dərslik, 6 dərs vəsaiti, 30 proqramın müəllifi olub. Elmi məqalələri ABŞ, Hindistan, İran, Rusiya, Qazaxıstanda dərc edilib. Universitetin Heyvandarlıq və heyvandarlıq məhsullarının istehsalının texnologiyası kafedrasında çalışıb.
- Baxış: 823