KepezTV Player
2 fevral – Gənclər Gününün təsis edilməsinin 25 illiyi münasibətilə “Gənclər həftəsi” çərçivəsində bir qrup gəncin iştirakı ilə Gəncənin Şəhidlər Xiyabanı ziyarət olunub. Gənclər və İdman Baş İdarəsi və Gənclər Evinin təşkil etdiyi ziyarət “Vətənpərvər gənclər vətənimizin parlaq gələcəyinin təminatçısıdır” devizi altında baş tutub. Burada əbədi məşəl abidəsi ziyarət olunub, şəhidlərin məzarına tər qərənfillər düzülüb, torpaqlarımızın azadlığı uğrunda canından keçənlər yad edilib.
- Baxış: 322