Bu günə xəbərlərin oxunma sayı: 666
		
			 — 
			25.01.2022 12:17		
		Avtomobillərdən oğurluq edən şəxs saxlanılıb
KepezTV Player
					  
					  					  				Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki avtomobillərdən oğurluq edən şəxs saxlanılıb. Aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Teymur Məmmədov yol kənarında dayanan avtomobilə qeyri-qanuni yolla daxil olaraq oradan pul oğurlayıb. Bundan başqa şübhəli şəxsin müştəri qismində əyləşdiyi taksidən mobil telefon da oğurlaması məlum olub. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
- Baxış: 932

