Yanvarın 24-dən Bakı-Şuşa və Bakı-Ağdam istiqamətində müntəzən avtobus marşurutları istifadəyə veriləcək. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev deyib ki, Bakı-Şuşa-Bakı marşurutunun birtərəfli qiyməti 10.40 AZN, Bakı-Ağdam-Bakı marşurutunun qiyməti 9.40 manat təşkil edəcək. Bu qiymətlər yalnız bir istiqamətədir. Vətəndaşlar gediş-gəliş biletlərini eyni vaxtda almalıdılar. Marşrut avtobuslarından Vətən müharibəsi qəhrəmanları, Milli qəhrəmanlar, şəhid ailəsinin üzvləri və Qarabağ müharibəsi əlilləri pulsuz istifadə edəcəklər. Həmçinin 24 yanvardan Əhmədbəyli-Şuşa, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa, Bərdə-Ağdam istiqamətində də marşurutlar açılacaq. Bakıdan Şuşa və Ağdama avtobus biletləri yalnız yolumuzqarabaga.az portalı üzərindən satılacaq və hər kəs ildə bir dəfə səfər edə biləcək. Reyslər Əhmədbəyli-Şuşa üzrə həftədə 4 dəfə, digər istiqamətlərdə isə həftədə 2 dəfə olacaq.İşğaldan azad edilmiş ərazilərə gedən marşrut avtobuslarını polis müşayiət ediləcək.Bu ərazilərə səfərlər zamanı hamıya bərabər şərait yaradılıb.
- Baxış: 737