Qazaxıstanın Almatı şəhərinin mərkəzində səhər saatlarında yenidən atışma başlayıb. Şəhərin digər hissələrində vəziyyətin nisbətən sakit olduğu bildirilir. Məlumata görə, indiyədək etirazlarda 4 266 nəfər saxlanılıb. Onların arasında əcnəbilər də var.Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sabiq sədri Kərim Məsimov da dövlətə xəyanət ittihamı ilə saxlanılıb. Bundan əlavə, ölkənin Rəqabətin Qorunması və İnkişafı Agentliyi maye qazın pərakəndə satışı ilə məşğul olan 180 şəxslə bağlı araşdırma başladıb. Qazaxıstanda ərzaq məhsullarının qiymətlərinin monitorinqi məqsədilə qaynar xətt də yaradılıb. Bu arada,Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin mətbuat katibi məlumat yayaraq elbasının hazırda paytaxt Nur-Sultanda olduğunu və prezident Kasım-Jomart Tokayevlə daim əlaqə saxladığını bildirib. Nazarbayev xalqı Tokayevin ətrafında sıx birləşməyə çağırıb.Ölkə prezidentinin qərarı ilə bir sıra bölgələrdə çoxsaylı insan itkiləri ilə nəticələnən faciəvi hadisələrlə əlaqədar yanvarın 10-u Qazaxıstanda Ümummilli Matəm Günü elan olunub.
- Baxış: 573