KepezTV Player
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Nizami Gəncəvi” adına mədəniyyət və istirahət parkında əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar. Bakının Xətai rayonunda 11,2 hektar ərazisi olan parkda səmərəli istirahət üçün hər cür şərait yaradılıb. “Nizami İli”nin sonunda dahi mütəfəkkirin adını daşıyan parkın yenidənqurmadan sonra istifadəyə verilməsi həm də rəmzi olaraq xüsusi məna kəsb edir.
- Baxış: 759