Gəncə yeni abad məhəllə salınır. Şəhərin birinci mikrorayon ərazisində 10 saylı yaşayış binasının qarşısında salınan məhəllə sakinlərin rahatlığı üçün nəzərdə tutulub. Belə məhəllələrin Gəncənin digər yaşayış yerlərində də salınması planlaşdırılır.
Kəpəz rayon Bələdiyyəsi tərəfindən salınan abad məhəllədə işlərə dekabırın əvvəlindən başlanılıb. 100-ə yaxın ailənin yaşadığı binanın qarşısında görülən işlər çərivəsində hərəkətin rahatlığı təmin edilib, 2 söhbətgah quraşdırılır.
Abad məhəllədə uşaqlar üçün əyləncə meydançası, atraksionlar və idman qurğuları qoyulacaq. Ərazidə yaşıllıq zolağı salındıqdan sonra asflatlanma işləri də görüləcək.<
Abad məhəllədə gecə işıqlandırılması, oturacaqlar quraşdırılacaq, ərazinin təmiz saxlanması üçün tullantı qutuları qoyulacaq. Məhəllənin gələn ilin yanvarında sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulur. Bununla Kəpəz rayon Bələdiyyəsinin ərazisində abad məhəllələrin sayı 7-ə çatacaq.
Elnur Vahidoğlu
- Baxış: 716