KepezTV Player
Prezident İlham Əliyev şəhid ailəsi statusu almış və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında Fərman imzalayıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı, Abşeron, Lənkəran və Samuxda inşa edilmiş çoxmənzilli binalarda yerləşən mənzillərin özəlləşdirilməsi onların satışı yolu ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək. Satışdan əldə olunan vəsait hesabına yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəxslərin mənzillə və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər görüləcək.
- Baxış: 268