• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1719
— 15.12.2021 09:35

Vətən Müharibəsi qazisi olmasından istifadə edən sürfücülər aşkarlandı

KepezTV Player

Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı bir neçə  “Lada” və  “VAZ” markalı avtomobil sahiblərinin qanunsuz olaraq nəqliyyat vasitələrində konstruksiya dəyişikliyi etməsi, sürücülük hüququ olmadan minik vasitəsinin idarə edilməsi aşkar edilib. Bəzi sürücülərin Vətən Müharibəsi qazisi olmasından istifadə edərək rayon ərazisində təhlükəli manevrlər etməsi, avtomobilə əlavə avadanlıq quraşdırması, dövlət qeydiyyat nişanı olmayan və ya başqa dövlətə məxsus qeydiyyat nişanı ilə avtomobil idarə edərək ictimai-asayişi pozması və bununla da vətəndaşların haqlı narazılığına səbəb olması aşkar edilib. Həmin sürücülər ilə Dövlət Yol Polisi Bölməsinin əməkdaşları bir daha profilaktiki söhbətlər aparıb, onlara Yol Hərəkəti haqqında Qanunun tələbləri barədə məlumat verilib. 21 sürücü barəsində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunub.