Bu günə xəbərlərin oxunma sayı: 666
—
04.12.2021 12:17
“Günəşli” yatağındakı faciədən 6 il ötür
KepezTV Player
Bu gün “Günəşli” neft yatağında baş vermiş faciədən 6 il ötür. 2015-ci il dekabrın 4-də “Günəşli” neft yatağı platformasının cənub bölməsində baş vermiş dəhşətli yanğın nəticəsində 11 neftçi həlak olub, 19 nəfər isə itkin düşüb. Ötən ilin may ayında daha 3 neftçinin cəsədi dənizdən tapılıb. Qəza baş verən zamanı platformada olan 63 işçidən 33 nəfəri xilas edilib. Həlak olmuş neftçilərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Çilov adasında abidə ucaldılıb.
- Baxış: 700