KepezTV Player
Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi və Gənclər evinin təşkilatçılığı, eləcə də Gəncə Tibb Kollecinin dəstəyi ilə ümumdünya QİÇS-lə mübarizə günü münasibətilə tədbir keçirilib. Tədbirdə sözügedən idarələrin rəhbərliyi, həkimlər, eləcə də fəal gənclər və tələbələr iştirak ediblər. Yoluxma yolları haqqında ətraflı məlumat veriblər. QİÇS-in son zamanlar geniş yayıldığı və xüsusilə bu infeksiyanın gənclər arasında daha çox rast gəlindiyi diqqətə çatdırılıb. Tədbirin sonunda virusla bağlı videoçarx nümayiş etdirilib.
- Baxış: 568