KepezTV Player
Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin təşkilatçılığı ilə 34nömrəli tam orta məktəbdə narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib. “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda olan görüşdə bildirilib ki, 11 ayda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması ilə bağlı 145 fakt aşkarlanıb ki, onlardan 78-i qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələrin əldə edib saxlanılma faktıdır. Dövriyyədən 12 kq-dan çox marixuana, 2 kq-a yaxın güclü təsir edici narkotik vasitə çıxarılıb, 1320 kq yabanı çətənə kolları yandırılaraq məhv edilib. Görüşün sonunda narkotiklərin zərərli təsiri ilə bağlı videoçarx izlənilib.
- Baxış: 295