• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1424
— 14.11.2021 20:10

Məktəblilər "Zəfər dronları" hazırlayır

KepezTV Player

Gəncədə Təhsil  Nazirliyinin  Təhsildə İnkişaf və innovasiyalar üzrə beşinci qrant müsabiqəsi çərçivəsində Zəfər dronlarının modelinin əyani sürətdə hazırlanması həyata keçirilir. Bundan başqa şagirdlər sensordən istifadə edərək ağıllı əşyalar da ərsəyə gətirirlər. Sadalananlar məktəblilərin dəqiq və texniki fənnlərə olan marağını yüksələtməklə yanaşı Azərbaycanın gələcək proqramçıları, mexanika mühəndisləri və dron operatorları kimi formalaşmalarına xidmət edir.

Gəncənin 22 nömrəli orta məktəbində şagirdlər əyani sürətdə   mexaniki mühəndislik bacarığına yiyələnirlər. Burada təlimçilər sensordan istifadə edərək ağıllı əşyaların yığılmasını əyani sürətdə izah edirlər.  Həmçinin günəş paneli ilə işləyən maşın, külək turbinlərindən istifadə edərək alternativ enerjini almaq kimi izahatlar verilir. Ağıllı layihələr çərçivəsində torpaq, yağış və rəng sensorundan istifadə edərək kiçik startaplar hazırlanr.

Layihədə şagirdlərin dron layihəsinin texniki xarakteristikası və 3D dizayn hissəsinin də modelləşməsi öyrədilir. İlk olaraq 3D qələmləri vastəsi ilə dronun modelləri hazırlanıb. Daha sonra dronların uçuş trayektoriyaları izah edilir.

Həmçinin şagirdlər öyrəndiklərini əyani şəkildə tətbiq edirlər. Dronların hədəfə düzgün uçurdulması, manevrlərin dəqiq dəf edilməsi nümayiş olunub. Şagirdlər dekabrda regionda keçirilən dron yarışları olimpiadasında da iştirak edəcəklər.

 

Elnur Vahidoğlu