KepezTV Player
Gəncədə Vətən müharibəsində şəhid olan Daxili Qoşunların N saylı hərbi hissəsinin tağım komandiri Qəzənfər Məmmədovun şəhadətinin ildönümü keçirilib. Şəhidlər xiyabanındakı anım tədbirində Gəncə şəhər Baş Polis İdarəsinin və Nizami yurdundakı Daxili Qoşunların rəhbərliyi də iştirak edib. Torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanın məzarına gül çələngi qoyulub, ruhuna dualar oxunub. Qəzənfər Məmmədov Şuşada gedən döyüşlər zamanı şəhidlik zirvəsinə yüksəlib. O, ölümündən sonra ölkə başçısının sərəncamları ilə 3-cü dərəcəli “Rəşadət” ordeni, eləcə də “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
- Baxış: 528