• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1599
— 11.11.2021 20:25

Kəndin şəhidlərinə abidə bulağı inşa edilib

KepezTV Player

Şəmkir rayonun Qaracəmirli kəndində şəhidlər abidə bulaq kompleksinin açılışı olub. Kənd Birinci və 2-ci Qarabağ müharibələrində 13 şəhid verib. Rayon rəsmilərinin, kənd sakinlərinin iştirak etdiyi mərasimdə 44 günlük vətən müharibəsində qazanılan qələbənin xalqımız üçün böyük əhəmiyyətindən danışılıb. Ötən ilin 27 sentyabrda müzəffər ali baş komandanın rəhbərliyi ilə rəşadətli Azrəbaycan ordusunun işğala son qoyaraq ərazi bütövlüyümüzü bərpa etdiyi vurğulanıb. Zəfər tarixi yazanların qəlblərdə daim yaşayacağı bildirilib. Tədbirdə  Qaracəmirli kənd orta məktəbinin şagirdləri vətənpərvərlik ruhunda şerlər səsləndirib.