KepezTV Player
Göygöl Peşə məktəbində 8 Noyabr zəfər günü münasibətilə tədbir keçirilib. Tədbirdən öncə təhsil ocağının həyətində rayonun bütün şəhidlərinin şəkilləri əks olunan lövhənin açılışı olub. Natiqlər Ali Baş Komandanın uzaqgörən siyasətindən, Ordumuzun rəşadətindən söz açıblar. Daha sonra Göygöl şəhidlərinin adı çəkilib və simvolik olaraq tələbələrin "burada" deyə səslənmələri iştirakçılar tərəfindən maraqla qarşılanıb. Bədii hissədə gənclər qələbəmizlə bağlı şeirlər söyləyib, mahnılar oxuyublar. Sonda Azərbaycan bayrağının rəngində olan mavi, qırmızı və yaşıl şarlar havaya buraxılıb.
- Baxış: 354